20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçiriləcək

media-hightechnic-468x90

20 yanvar tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, “İRƏLİ” İctimai Birliyi, “CƏNGİ” Gənclər Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçiriləcək.

Vətənimizin azadlığı, müstəqilliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizədə həyatını qurban verən şəhidlərimizin xatirəsinin yad ediləcəyi tədbir Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Tədbirdə fotomüxbir Rasim Sadıxovun fotolarından ibarət sərgi və “Qanlı Yanvar” filmi təqdim olunacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600