!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2018-ci ilin yekunları müzakirə edildi - FOTO

!Reklam – Yazi

Nəsimi rayonu 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2018-ci ilin yekunlarını müzakirə etmişdir.

Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Avropa otelində keçirilən, 2018-ci ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əziz Zeynalov bildirmşdir ki, ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də bir sıra abadlıq, quruculuq və yenidənqurma işləri aparılmışdır.

Belə ki, vətəndaşların müraciətləri nəzərə alınaraq nümayəndəliyin xidməti ərazisində 3600 kv.m (M.Sənani, Mərdanov qardaşları, C.Səlimov küçələri) asfalt örtüyü vurulmuş, tamet daşları döşənmiş , Koroğlu, Zorge, Sevil və Şevçenko adına parklara və Səməd Vurğun küçəsinə 25 min ədəd mövsümi çiçək əkilmişdir.

Qış mövsümü ilə əlaqədar inzibati ərazidə ayrı-ayrı ünvanlarda 820 kv.m dam örtüyü, 252 p.m su xətti, 42 p/m kanalizasiya xətti, 645 p/m istilik xətti, 26 p/m suaxıdıcı boru, 264 p/m navalça, 38 ədəd giriş qapısı, 66 ədəd girişdə pəncərə, 63 kv.m keçid meydançası təmir edilmiş, 312 kv.m ümumi istifadə yerləri şüşələnmişdir. 7410 p/m ventilyasiya kanalları və tüstü bacaları təmizlənmişdir. Ərazidə olan əksər küçələrin kəsişməsində təşəbbüskarı “H.Əliyev fondu”-nun vitse prezidenti Leyla xanım Əliyeva olan əlillərin səkiyə əlil arabası ilə çıxması üçün panduslar quraşdırılmışdır.

S.Vurgun küçəsi 1006-cı məhəllədə yerləşən H.Əliyev adına Müasir Təhsil Kompleksi sökülərək yenidən tikilib istifadəyə verilmiş, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etmişlər.

Ərazidə mühüm əhəmiyyətə malik olan obyektlərdən Bakı Metropoliteni Qapalı Səhimdar Cəmiyyətinin Bənövşəyi xəttində B-3 stansiyası və Akademik Həsən Əliyev küçəsində sökülmüş Dövlət İmtahan Mərkəzinin inzibati binasının yerində yeni binanın tikintisi işi davam etdirilir.

Hesabat dövrü ərzində nümayəndəliyin ərazisində ayrı-ayrı ünvanlarda Rayon İcra Hakimiyyətinin başçısı 11 dəfə səyyar qəbul keçirmiş, bu qəbullarda 1000 nəfərdan çox sakin iştirak etmişdir.

Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulmuşdur.
Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli işlər, hərtərəfli bərpa və yenidənqurma, yeni, müasir tikililər, gözoxşayan parklar və xiyabanlar, şəhərimizin arxitektura simasının günü-gündən gözəlləşməsi və müasirləşməsi, burada yaşayan əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsi göstərilən diqqət və qayğının bariz nümunəsidir. Məhz bu nəhəng quruculuq işlərinin nəticəsidir ki, müasir Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevirilmişdir. Sonra 2018-ci ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verərək qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir.

Natiq çıxışına davam edərək bildirmişdir ki, Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq 2018-ci il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi ərazisində yerləşən 5 saylı poliklinikada da əhalinin tibbi müayinədən keçirilməsi həyata keçrilmişdir.

Uşaqların yay tətilinin səmərəli keçirilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Respublikamızın gözəl guşələrindən olan Quba və Şəki şəhərlərində rayonumuzun ərazisində yerləşən orta ümumtəhsil məktəblərindən 200-dən çox şagirdin istirahəti təşkil olunmuşdur. Eləcə də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Nəsimi rayon məktəbliləri respublikamızın bir sıra rayonlarına səfər etmişlər. Bununla yanaşı Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 100 nəfər rayon məktəblilərinin Heydər Əliyev Fondunun Layihəsi olan Zirə Mədənyyət Mərkəzi və Eko Parka ekskursiyası təşkil olunmuşdur.

Hesabat yığıncağında 164 saylı tam orta məktəbin müəllimi Həcər Bəşirova, “Fədək” MTK-nın sədri Yavər Qurbanov, “Nəsimi-7” MMC-nin idarə heyətinin sədri Fərid Agayev, rayon sakini Cəmalə İbrahimova, şəhid anası Lətifə Novruzova və başqaları çıxış edərək respublikada, o cümlədən Nəsimi rayonunda aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrin, aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildirərək görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.

www.yenicag.az

1656
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv