Dəyişən tendensiyalar ayaqqabı modasına da sirayət edir. Materiallardan rənglərə, modellərdən naxışlara qədər, ayaqqabı modasının bir çox çeşidi hər il yenilənir.
Yenicag.az 2020-ci ilin maraqlı ayaqqabı modellərini təqdim edir:
2020-2021-ci illərin payız qış mövsümündə qadın ayaqqabı tendensiyaları üç ümumi xüsusiyyətləri daşıyacaq, rahatlıq, texnologiya və istifadə, yeni modellər.
Texnologiya və istifadəsi
Neon rənglərə və daha çox gələcəyə dair elementlərə, hibrid dizaynlara və plastik detallara hazır olun.
Rahatlıq
Gələn il rahat ayaqqabılar ön planda olacaq. Yumşaq dərilər, toxumalı materiallar, rəng olaraq isə daha təbii olan ağ və torpaq tonları istifadə ediləcəkdir.
Yenilənmiş modellər
Ənənəvi modellər çəhrayı və ya açıq detallarla əvəz ediləcək. Vintage stilində olan ayaqqabılar yaşıl, qəhvə və ədviyyat tonları ilə əvəz ediləcək. (gencaile.az)