2022-ci il üzrə auditlərin əsas nəticələri məlum oldu

media-hightechnic-468x90

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2022-ci il üzrə auditlərin əsas nəticələrini açıqlayıb.

Yenicag.az xəbər verir ki, Vüqar Gülməmmədov audit növləri üzrə yol verilmiş nöqsanları qruplaşdıraraq qeyd edib ki, başa çatdırılmış auditlərlə ümumi uyğunluqdan kənarlaşma 530,1 mln. manat, maliyyə hesabatlarında mahiyyətə təsir edən təhrif məbləği 564,5 mln. manat, uçota dair tələblərin pozulması ilə bağlı təhrif məbləği isə 233,3 mln. manat müəyyən edilib.

Uyğunluq auditlərinin 66%-də müəyyən edilmiş meyarlara uyğun olma (bəzi məsələlər istisna olmaqla), 34%-də isə əhəmiyyətli uyğunsuzluqların olması ilə bağlı rəy verilib.

Maliyyə auditləri üzrə 5 müsbət, 2 şərti-müsbət, 1 mənfi rəy verilmiş, 1 audit üzrə isə məlumatlar tam olmadığından rəy verilməsindən imtina edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600