!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2023-cü ildə səyahət etməyi planlaşdıranların nəzərinə: Ən çox ziyarət edilən… - Araşdırma

!Reklam – Yazi

2023-cü ilin gəlişi hələ bir ayı tamamlamasına baxmayaraq, insanlar bu il üçün səyahət planları edir, yeni ərazilər kəşf etməyə çalışır.

Yenicag.az ötən illərdə minlərlə turistin səyahət etdiyi, 2023-cü il üçün isə artıq bir çox insanın getməyi planlaşdırdığı gəzməli-görməli yerlərin siyahısını təqdim edir.

Eqzotik mənzrəsindən əlavə, dünyanın “macəra paytaxtı” olaraq bilinən Yeni Zellandiyada yerləşən Kuinstaun şəhəri hər il milyonlarla turist qəbul edir. Eyni zamanda Kuinstaun özünə məxsus şərabları ilə də tanınır. Bura səyahət edən insanlar tam olaraq bir “adrenalin şəhəri”nə düşdüklərini qeyd edir.

Dulusçuluğa, əl işi ilə hazırlanan məhsullara və yaxud da tarixi əşyalara marağı olan insanlar, Mərakeşdə yerləşən Fas şəhərini çox doğma hiss edəcək. Buradakı ticarət mərkəzlərinin demək olar ki, hamısında yalnız əl işi ilə hazırlanmış əşyalar, mebellər, qab-qacaqlar və s. satılır.

Kiçik, rəngli fermaları və özünə xas olan təamları ilə turistləri cəlb edən Alentejo Portuqaliyanın ən çox sevilən şəhərlərindən biridir. Alentejoya səyahət edən insanlar, yerli sakinlərin çox qonaqpərvər olduğunu və öz adət-ənənələrini digər insanlara nümayiş etdirməkdən qürur duyduqlarını qeyd edir.

Vəhşi təbiət heyranları və macəra sevənlər Norveçdə yerləşən Svalbard şəhərini çox bəyənəcək. Svalbard yer üzündə inkişaf etməmiş tək-tük yerlərdən biridir. Belə ki, bura səyahət edən insanlar morjları, arktika tülkülərini, suitiləri və qütb ayılarını görməyə əvvəlcədən hazır olmalıdırlar.

Səs-küydən, şəhərin izdihamlı və gərgin həyatından bezmiş, sakitləşməyə ehtiyacı olan əhalinin ən çox səyahət etdiyi yerlərdən biri də Naoşima şəhəridir. Naoşima rahatlığı və təbiəti ilə Yaponiyanın digər şəhərlərindən fərqlənir. Meditasiya və yoqa heyranları tez-tez bu şəhəri ziyarət edir.

18-ci əsrdən qalma tarixi fermalar, romantik şam yeməkləri, qədim şərab zavodları, vadi mənzərələri və s. özəllikləri ilə hər il minlərlə cütlüyün səyahət etdiyi Provins şəhəri eyni zamanda Fransanın bir qədər bahalı şəhərlərindən biridir. Lakin şəhərin tarixi görkəmi və təbiəti insanları özünə cəlb etməyi bacarır.

Bir vaxtlar romalılar tərəfindən işğal olunan Lozanna şəhəri İsveçrədə, Cenevrə gölünün sahilində yerləşən orta əsr şəhəridir. Bura füsunkar və tarixi əraziləri, həmçinin Alp dağlarının mənzərəsi və sonsuz təbii gözəllikləri ilə məşhurdur.

“Təpələrin Kraliçası” adını qazanan Şimla Hindistanın keçmiş Britaniya müstəmləkə mədəniyyətini, memarlığını təcəssüm etdirir və müasir Hindistan tarixində “yay paytaxtı” kimi qəbul edilib. Şimla özlərinə məxsus ədviyyatları ilə hazırlanan yeməkləri və gur yaşıllıqlı meşələri ilə insanları özünə heyran edir.

Perunun cənubunda yerləşən Kolka Kanyonu uzaq trekinqləri ilə adrenalin sevənlərin ən çox seçdiyi səyahət ünvanlarından biridir. Kolkada raftinq, müxtəlif atraksion və ekstremal idman növləri mövcuddur.

And dağlarının ətəyində yerləşən və geniş qəhvə əkin sahələri ilə tanınan Pereyra Kolumbiyanın həm büdcəyə uyğun, həm də qeyri-adi ərazilərindəndir. Pereyrada bütün dünyaya qəhvə ixrac edilən fermalar mövcuddur. Həmçinin burada yerləşən botanika bağları və yerli Kolumbiya yeməkləri də insanları səyahət etməyə cəlb edir.

Şəhanə

www.yenicag.az

1184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv