2024-cü ildə dünya əhalisi təxminən 82 milyon nəfər artıb

media-hightechnic-468x90

2024-cü ildə dünya əhalisi bir il əvvəlki ilə müqayisədə təxminən 82 milyon nəfər artıb.

Yenicag.az xəbər verir ki, bu məlumatlar Almaniyanın Dünya Əhali Fondu tərəfindən təqdim edilib.
Təşkilatın hesablamalarına görə, 2025-ci il yanvarın 1-nə qədər dünyada 8,156 milyard insan yaşayacaq. Eyni zamanda, Almaniyanın əhalisi il ərzində eyni səviyyədə qalıb və təxminən 84 milyon nəfərdir.

Əhali artımı ilk növbədə Afrikada müşahidə olunur. Fondun ekspertləri deyirlər ki, növbəti iki onillikdə bu qitədə yaşayan insanların sayı iki dəfədən çox arta bilər.

BMT-nin məlumatına görə, 2037-ci ildə dünya əhalisi ilk dəfə olaraq 9 milyardı keçə bilər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600