Rusiyalı diplomat Rumıniyanın hava məkanının pozulması ilə bağlı Aİ-yə çağırıldı

media-hightechnic-468x90

Avropa İttifaqı (Aİ) pilotsuz uçuş aparatlarının Rumıniyanın hava məkanını pozması ilə bağlı Rusiyanın Brüsseldəki müvəqqəti işlər vəkilini bu qurumun institutlarına çağırıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Rumıniyanın “Știrile Pro TV” xəbər portalının yaydığı məlumata görə, Avropa Xarici Fəaliyyət Xidməti baş vermiş insidenti Aİ-yə üzv dövlətin suverenliyinin və hava məkanının qəbuledilməz şəkildə pozulması kimi qiymətləndirib. Aİ rəsmiləri Rusiya tərəfinə etirazlarını çatdıraraq, bu cür hərəkətlərin Avropanın təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildiriblər.

Məlumata görə, diplomatik addım ötən həftə Rumıniyanın hava məkanına Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının daxil olması ilə bağlı baş vermiş hadisələrdən sonra atılıb.

Rumıniyanın Xarici İşlər Nazirliyi də bundan əvvəl Rusiyanın Buxarestdəki səfirini nazirliyə çağıraraq etiraz notası təqdim edib və Rusiya diplomatik missiyasının bir əməkdaşını “persona non grata” elan edib.

Avropa Xarici Fəaliyyət Xidməti bəyan edib ki, Aİ üzv dövlətlərin ərazi bütövlüyünün və hava məkanının toxunulmazlığını qətiyyətlə müdafiə edir. Brüssel Moskvanı beynəlxalq hüquqa əməl etməyə və oxşar insidentlərin təkrarlanmaması üçün bütün zəruri tədbirləri görməyə çağırıb.

Qeyd olunub ki, son aylarda Rusiyanın Ukraynanın Dunay çayı sahilində yerləşən limanlarına pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr nəticəsində Rumıniya sərhədi yaxınlığında dəfələrlə hava həyəcanı elan olunub. Bu hadisələrdən sonra NATO müttəfiqlərinin döyüş təyyarələri bir neçə dəfə havaya qaldırılıb və Rumıniyanın hava hücumundan müdafiə sistemi yüksək hazırlıq vəziyyətinə gətirilib.

Qeyd edək ki, Rumıniya son insidentlərdən sonra hava məkanının mühafizəsini daha da gücləndirib, NATO müttəfiqləri ilə koordinasiyanı artırıb və Rusiya ilə bağlı diplomatik tədbirləri həm milli, həm də Aİ səviyyəsində davam etdirir./Azərtac/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05