Tramp Aİ mallarına əhəmiyyətli dərəcədə gömrük rüsumları elan etdi

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından (Aİ) idxal olunan mallara yüksək gömrük rüsumları tətbiq ediləcəyini və ABŞ-ın texnologiya nəhənglərinə qarşı tətbiq olunan cərimələrin ləğvinə nail olacağını bəyan edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Tramp bu barədə Truth Social hesabında paylaşım edib.

“Avropa İttifaqı bu qanunsuz və tamamilə qeyri-etik davranışına görə çox yüksək qiymət ödəyəcək. Mən onları dəfələrlə xəbərdar etmişdim”, – deyə Tramp Google şirkətinə tətbiq olunan təxminən 1 milyard dollarlıq cəriməni şərh edərkən bildirib.

ABŞ Prezidenti qeyd edib ki, bu cərimələr tamamilə ləğv olunacaq və uyğun vaxtda Aİ ölkələrinə qarşı ciddi idxal rüsumları tətbiq ediləcək. O, Avropa İttifaqını ABŞ-ın yüksək texnologiya şirkətlərinə qarşı diskriminasiya siyasəti yürütməkdə ittiham edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05