Hindistan hakimiyyəti etirazçıların bəzi tələbləri ilə razılaşdı

media-hightechnic-468x90

Hindistan hökuməti imtahan materiallarının sızması ilə bağlı etiraz aksiyaları keçirən tələbələrin tələblərinin bir hissəsini yerinə yetirməyə hazır olduğunu bəyan edib. Lakin hökumət təhsil naziri Dharmendra Pradhanı istefaya göndərmək niyyətində deyil.

media-banner_tkm

Yenicag.az bu barədə “India Today” telekanalına istinadən xəbər verir.

Cümə günü davam edən etirazlar fonunda aksiyaların təşkilatçısı olan “Cockroach Janta Party” (CJP) hərəkatının nümayəndələri Hindistan hökumətinin rəsmiləri ilə danışıqlar aparıblar.

CJP hərəkatının liderlərindən biri Aşutoş Rankanın sözlərinə görə, hökumət iki əsas tələblə prinsip etibarilə razılaşıb. Bunlar imtahan suallarının sızmasının yaratdığı fəsadlar nəticəsində intihar edən abituriyentlərin ailələrinə kompensasiya ödənilməsi, həmçinin etirazçılarla bağlı polisə verilmiş şikayətlərin geri götürülməsi və tələbələrə qarşı açılmış məhkəmə işlərinə xitam verilməsidir.

Etirazların əsas səbəbi milli tibb imtahanı suallarının sızması ilə bağlı qalmaqal olub. Məhz bu səbəbdən may ayında keçirilməsi planlaşdırılan imtahan iyun ayına təxirə salınıb. İmtahanda Hindistanın 550-dən çox şəhərində 2.2 milyondan artıq gənc iştirak edib.

Etirazçılar baş verənlərə görə məsuliyyəti təhsil naziri Dharmendra Pradhanın daşıdığını bildirirlər. Hindistanın Baş naziri Narendra Modi isə imtahan materiallarının sızması faktı ilə bağlı təcili araşdırma aparılması barədə göstəriş verib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05