2024-2027-ci illər ərzində xarici dövlət borcu üzrə həyata keçiriləcək əsas borc ödənişləri, habelə mövcud və yeni imzalanacaq kredit sazişləri çərçivəsində istifadələr nəzərə alınmaqla, 2027-ci ilin sonuna xarici dövlət borcunun 5,4 milyard ABŞ dolları və ya ÜDM-in 6,8 faizi həcmində olacağı proqnozlaşdırılır.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, 2024-2027-ci illər ərzində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə emissiya olunacaq yeni dövlət istiqrazları, o cümlədən “Aqrarkredit” QSC-nin dövlət zəmanətli öhdəliklərinin dövlət borcu kimi təsnifləşdirilməsi nəticəsində daxili dövlət borcunun 2027-ci ilin sonunda 22,2 milyard manat və ya ÜDM-in 16,4 həcmində qərarlaşacağı gözlənilir. Belə olan halda, 2027-ci ilin sonunda ümumi dövlət borcu 31,4 milyard manat və ya ÜDM-in 23,2 faizi həcmində olacağı proqnozlaşdırılır.
2023-cü ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 26 milyard 803,6 milyon manat səviyyəsində olacağı gözlənilir və 11 milyard 9650,0 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 22,4 faizini təşkil edəcək. Həmin dövrdə xarici dövlət borcu 10 milyard 848,2 milyon manat (6 milyard 381,3 milyon ABŞ dolları) və ya ÜDM-in 9,1 faizi həcmində, daxili dövlət borcu isə 15 milyard 955,4 milyon manat və ya ÜDM-in 13,3 faizi həcmində olacağı gözlənilir.
2024-cü ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 27 milyard 678,0 milyon manat səviyyəsində olacağı gözlənilir və 11 milyard 8383,3 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 23,4 faizini təşkil edəcək. Həmin dövrdə xarici dövlət borcu 8 milyard 898,7 milyon manat (5 milyard 234,5 milyon ABŞ dolları) və ya ÜDM-in 7,5 faizi həcmində, daxili dövlət borcu isə 2024-cü ilin sonuna 18 milyard 779,4 milyon manat və ya ÜDM-in 15,9 faizi həcmində olacağı gözlənilir.
www.yenicag.az