21 qadına təcavüz etdi-Foto

media-hightechnic-468x90

85585Cənubi Afrika Respublikasında təcavüzçüyə 525 illik həbs cəzası verilib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, CAR-ın Yohannesburq şəhərində Mabunda Lourens adlı şəxs silsilə təcavüz hadisələrində ittiham edilib. 40 yaşlı adam keçən həftə keçirilən məhkəmədə 21 təcavüz, 13 oğurluq və bir öldürməyə cəhd etmək cinayətlərində günahkar bilinərək 525 illik həbs cəzasına məhkum edilib.

CAR mətbuatı Mabundaya “təcavüzçü-taksiçi” ləqəbi veriblər. Belə ki, o, qadınları evlərinə pulsuz aparmağı təklif edərək onları kimsəsiz yerə aparır, orada qadınları bıçaqla təhdid edərək zorlayıb. O, ilk cinayəti 2009-cu ilin avqustunda törədib. Lakin Mabunda yalnız 4 il sonra – 2013-cü ildə həbs edilib. DNT testləri nəticəsində onun digər cinayətlərlə də əlaqəli olduğu müəyyən edilib.

Mabundu Lourensin özü isə məhkəmə qərarını şikayət edəcəyini bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600