Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 31 ticarət müəssisəsi və 20 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 23 müəssisədə nöqsanlar müəyyən olunub.
Bu barədə Yenicag.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 19, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 8, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 2 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilib.
www.yenicag.az