!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dövlətin kapilyar damarlarına qədər sızın” – Gülənin azərbaycanlı müridləri məmurları necə susdururlar?

!Reklam – Yazi

paralel-yapinin-casusluk-agiFətullah Gülənə qarşı qaldırılan cinayət işinə bağlı üç əsas prossesdən biri olan “test suallarının oğurlanması” ilə əlaqədar maraqlı məqamlar üzə çıxıb. Belə ki, KPSS (Test sualları) ilə bağlı məlumat verən təhlükəsizlik xidməti əməkdaşı Gülənin dövlətə necə sızdığını izah edib.

Onun sözlərinə görə, “Paralel Şəbəkə”nin üzvləri Fətullah Gülənin “dövlətin kapilyar damarlarına qədər sızın” təlimatilə dövlət təşkilatlarına, GSM firmalarının məlumat-əməliyyat mərkəzlərinə və Camaat üçün əhəmiyyətli görünən bütün qurumlara sızıblar.

17 dekabr əməliyyatları sonra “Paralel Şəbəkə”yə qarşı başladılan cinayət işini araşdıran xüsusi xidmət orqanları hər keçən gün bu şəbəkənin qeyri-leqal fəaliyyəti ilə bağlı yeni faktlar əldə edir. Paralel Şəbəkənin Fəthullah Gülənin “dövlətin kapilyar damarlarına sızın” təlimatıyla dövlətin bütün qurumlarını nəzarət altına aldıqları vurğulanır.

Qeyd olunur ki, qeyri-qanuni dinləmələrlə vəzifəli şəxslərin zəif nöqtələrini öyrənən Camaat, bu yolla onlara qarşı olanları da şantaj edərək, həmin şəxslərdən öz məqsədləri naminə istifadə ediblər. Məsələn, KPSS-dəki qanunsuzluqları araşdıran hüquq-mühafizə orqanları Camaatın 2010-cu ildə test prossesinə rəhbərlik edən Mustafa Tütüncünün telefonunun gizli dinləyərək, onun qumar həvəskarı olduğunu öyrənərək, onu şantaj etdiyini ortaya çıxarıblar. Məhz şantaj nəticəsində Mustafa Tütüncü həmin ilki test suallarının cavablarını Paralel Şəbəkəyə verib.

Yenicag.az onu da xəbər verir ki, Gülən Şəbəkəsinin dinləmə vasitələri də artıq deşifrə olunub. Məlum olub ki, istifadə olunan cihazların bir çoxu Türkiyə dövlətində belə yoxdur. FETÖ iddianaməsində yer alan məlumata görə, Şəbəkə İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərlə yanaşı Van, Ərzurum, Gaziantep kimi şərq şəhərlərində də dinləmə mərkəzləri qurub. F tipli örgüt, şəhər valiləri, qarnizon komandirləri, siyasi partiya təmsilçiləri və dini camaatların önəmli isimlərini də qanunsuz olaraq dinləyiblər.

“Tələ qurmaq və şantaj etmək” üçün edilən dinləmələr aşağıdakı varinatlarla həyata keçirilib:

  1. Prokurorluqdan alınan rəsmi icazə ilə. Yəni, davam edən bir əməliyyat üçün prokurordan telefon dinlənilməsi üçün icazə tələb olunur. O icazə vərəqinə isə saxta isimlərlə “lazımlı nömrələr” yazılır. Beləliklə, rəsmi şəkildə icazə aldıqdan sonra dinləmələr başlayır. Bu Gülən Şəbəkəsinin ən çox istifadə etdiyi yoldur.
  2. Telefonların ikinci dinləmə şəkli özəl cihazlarla olur. Bu aparatlar vasitəsilə GSM stansiyalarından gələn siqnallarla bu prosses baş tutur. Bu dinləmə vasitəsini telefonda hiss etmək mümkün deyil.
  3. Lazer üsulu ilə 800 metrdən izləmə və ya 70-80 metrdən dinləmə qurğusu. Səs dalğalarının şüşəyə dəyərək yaratdığı titrəklik maqniqlə yenidən səsə dönür. Kompyuterlərin dinlənməsi isə çox asandır. İnterneti olduğu müddət ərzində istənilən kompyuteri dinləmək mümkündür.

Türkiyə dövləti TUBİTAK-a güvənirdi və bütün dövlət adamları “MİLCER” telefonlarından istifadə edirdi.  Ancaq unutduqları məqam ondan ibarət idi ki, bu qurum Gülənin əlində idi və bütün danışıqları Paralel Şəbəkənin ovucuna düşdü.

Eyni durum Azərbaycan üçün də keçərlidir. Xarici ölkələrə aparılan və övladlarına pulsuz təhsil verilən dövlət adamlarınin bir çoxu həmdə onların hədiyyə etdiyi texnoloji vasitələrdən istifadə edir. Bu səbəbdəndir ki, Gülən Şəbəkəsi hər keçən gün Azərbaycanda daha da güclənməkdədir.

Yəqin ki, bizim dövlət adamlarının telefonda bir-birlərinə “qəhrəmanlıqları”nı anlatmaları Paralel Şəbəkənin əlinə keçib ki, onlar hamıya meydan oxuyurlar.

Yenicag.az

www.yenicag.az

1261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv