24 dərəcə isti olacaq

media-hightechnic-468x90

hava_payiz_11Aprelin 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

media-banner_tuq

Gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, cənub-qərb küləyi günün ikinci yarısında şimal qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12 dərəcə, gündüz 17-22 dərəcə , Bakıda gecə 10-12 dərəcə, gündüz 19-21 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacağı, şimşək çaxacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 13-18 dərəcə isti olacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05