!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

24 milyon mənimsəyən "Şlyapa Zahid": "Vicdansızlar adıma kredit götürüb"

!Reklam – Yazi

Müdafiə Nazirliyinin 24 milyon 234 minlik mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) növbəti məhkəmə prosesi keçirilib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə vəkilin suallarını cavablandırıb.

O bildirib ki, vicdansız adamlar onun adından pulları yeyiblər:

“Mənim adıma açılan firmanın adından kredit götürülüb və pullar mənimsənilib. Mən bu işlə bağlı bir qəpik xeyrim olmayıb. Sabiq nazir Fazil Məmmədovun işdən çıxarılmasından sonra kreditin götürülməsindən xəbərim yoxdur. O vaxt bu iş üzrə sabiq Baş Qərargah rəisinin (Nəcməddin Sadıkov) yanında olan zaman demişdi ki, Fazil Məmmədov bizə humanitar yardım edəcək”.

Vəkil sualına cavab verən təqsirləndirilən şəxs qeyd edib ki, 7 dəfə bankda olmayıb və adına 42 milyon manatlıq kredit götürülməsindən xəbərsiz olub:

“Mən cəmi bir dəfə banka getmişəm, bir neçə sənədə qol çəkmişəm. Amma istintaqda məlum olub ki, 7 dəfə kredit götürmüşəm. Bunların hamısından xəbərsizəm. Bu işlərlə bağlı Vergilər Nazirliyində olmuşam. Adıma firma yaradılandan sonra Vergilər Nazirliyində böyük müşavirə keçirildi, ötən dəfə qapalı iclasda kimlərin iştirak etdiyini açıqlamışam”.

Zahid Niftəliyev qeyd edib ki, hesabatla bağlı bir dəfə ona zəng edilib:

“Məlumatsız olduğumdan nazirliyə məlumat verdim. Mahir Rəfiyevə zəng elədim, o da dedi, narahat olma, sənlik məsələ deyil. Daha ondan sonra mənə zəng gəlmədi. İstintaqda guya yazılıb ki, Nəcməddin Sadıkov mənə bu işə görə 62 min manat verilib. Halbuki, bu da bir fərziyyədi. Bankda da sənədləri oxumadan qol çəkmişəm. Çünki bu iş Fazil Məmmədovun işiydi. Humanitar yardım etməliydi. Demişdilər ki, işlər bitəndən sonra firma ləğv ediləcək”.

Növbəti məhkəmə prosesi noyabrın 27-ə təyin edilib.

Qeyd edək ki, Z.Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib. Daha sonra o, azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən yenidən həbs edilib.

Gəncə Apellyasiya Məhkəməsi prokurorun Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edərək Z.Niftəliyevi vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilib və o, 8 il 6 ay azadlıqdan məhrum olunub.

Bundan başqa Zahid Niftəliyev “Atabank ASC” dən götürdüyü 42 milyon manat kredit vəsaiti və dövlət rüsumunun ödənilməsi ilə bağlı çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qərəzli icra etməyib.

Qeyd edək ki, Z.Niftəliyev Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.

COP29

www.yenicag.az

248
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv