“Qəbələ” və “Keşlə” arasında keçiriləcək Azərbaycan Kubokunun 2017/2018-ci illər mövsümünün final görüşünün püşkü atılıb.
Yenicag.az xəbər verir ki, Peşəkar Futbol Liqasında təşkil olunan püşkatmanın nəticəsinə əsasən, “Keşlə” finalın nominal meydan sahibi olub.
Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü 28 may Respublika günündə Qəbələ şəhər stadionunda keçiriləcək. Mövsümün son oyunu saat 20:00-da start götürəcək.
www.yenicag.az