Özünü 17-ci mərtəbədən atan gənc məşhur yazar Mövlud Mövluddur - Yenilənib + Fotolar

media-hightechnic-468x90

Bakıda intihar hadisəsi baş verib.

Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayonu, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunun 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb. (Trend)

***

İntihar edən Abdullayev Mövlud gənc yazar Mövlud Mövluddur və jurnalist Sevinc Fədainin həyat yoldaşıdır, 1 övladı var.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600