Aktrisa xəstəxanadan EVƏ BURAXILDI - “5-ci əməliyyat üçün immunitet toplamalıyam”
Bu gün Sumqayıt Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist Xatirə Süleymanova xəstəxanadan evə buraxılıb.
Bunu Yenicag.az-a açıqlamasında aktrisa özü bildirib:
“Hazırda yaxşıyam, amma orqanizmim özünə gəlsin, məni qarşıda 5-ci əməliyyat gözləyir. Hələ ki, immunitetim aşağıdır. Həkim deyir, bir-iki aya özünə gəlməlisən ki, sonra o biri əməliyyatı da edək.”
Qeyd edək ki, aktrisa Sumqayıt Travmatologiya xəstəxanasında ard-arda 4 dəfə əməliyyat olunub. O, mədə-bağırsaq sistemindəki problemlər səbəbindən xəstəxanaya düşüb.
Cəvahir













