3 gün əvvəl zəhər içib sağ qalan şəxs özünü asdı

media-hightechnic-468x90

Cəlilabadda üç gün əvvəl zəhər içib sağ qalan şəxs özünü asıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1999-cu il təvəllüdlü Turan Qasımov özünü asaraq həyatına son qoyub.

Məlumata görə, mərhum 3 gün öncə də sıçovul əleyhinə olan zəhəri intihar məqsədilə içib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa