Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

3 hərbçi həbs edilib

Ermənistanın Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin üç əsgəri oğurluqda ittiham edilib. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, əsgər Vardan Sarkisyan 2014-cü ilin iyulundan 2016-cı ilin iyulunadək hərbi hissədə 2-ci taborun “Kobra” adlanan komanda müşahidə heyətinə verilən dizel yanacağı konteynerdən rezin boru vasitəsilə çəkərək oğurlayıb.

Adıçəkilən əsgərin müntəzəm olaraq 20 litrlik 2 ədəd plastik qabla yanacaq oğurladığı məlum olub.

Digər əsgər Qevorq Arşakyan da oğurluqda ittiham edilir. Belə ki, o, Ermənistanda yerləşən hərbi hissələrdən birinin tabeçiliyində olan “ZİL 131” markalı avtomobilin yanacağını oğurlayıb. Erməni əsgər oğurladığı yanacağı hərbçi yoldaşı Mher Şahnazaryana satıb və bir neçə gün sonra sonuncu bunun qarşılığında ona 6000 dram verib.

Əsgərlərlə birgə həbs edilən müqaviləli hərbi qulluqçu Mher Şahnazaryan Qevorq Arşakyan tərəfindən oğurlanan benzini Tavuş vilayətinin Artsvaberd kəndində satdığını etiraf edib.

Göstərilən məlumatlar və açılan cinayətlər artıq Ermənistan ordusunda sıradan bir hala çevrilib. Günahlandırılan erməni hərbi qulluqçuları oğurluqların hərbi hissə rəhbərliyi tərəfindən sifariş edildiyi və bu prosesin onlardan öncə də davamlı şəkildə aparıldığı barədə ifadə veriblər.

Yeniçağ.az

www.yenicag.az

354