3 nəfəri doğrayan şəxsin aqibəti
Bu gün Ağır Cinayətlər Məhkəməsində bıçaqlamaqda təqsirləndirilən İsamyıllı rayon sakini, 1993-cü il təvəllüdlü Məhrəmət Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən M. Quliyev 4 il müddətinə azadlıqdan məhrumətmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə bu il mayın 30-da Xətai rayonu Əhmədli qəsəbəsində baş verib. M.Hadi küçəsində yerləşən “Yaşıl ada” kafesində İsmayıllı rayon sakini Mərhəmət Quliyev münaqişə zəminində Bakı şəhər sakinləri Tərlan Məmmədova, Binnət Əhmədova və Elnur Məmmədova bıçaqla xəsarət yetirib.
(qafqazinfo.az)