3 ölkə B-52 və qırıcıların iştirakı ilə təlim keçirdi

media-hightechnic-468x90

Cənubi Koreya, Yaponiya və ABŞ Amerikanın B-52 strateji bombardmançısı və müttəfiqlərin qırıcı təyyarələrinin iştirakı ilə beynəlxalq sularda birgə təlimlər keçirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu, bu il Koreya yarımadasında B-52H-nin iştirak etdiyi ilk təlimdir. Manevrlər Şimali Koreyadan artan nüvə və raket təhdidləri fonunda çəkindirməni gücləndirmək məqsədi daşıyır”, – məlumatda deyilir.

Qeyd edək ki, elə həmin gün Seulda üç ölkənin müdafiə nazirlərinin illik toplantısı keçirilib. Onlar həm Koreya yarımadasında, həm də bütövlükdə Hind-Sakit okean regionunda təhlükəsizlik məsələlərinin həlli üçün sıx üçtərəfli əməkdaşlığın vacibliyini bir daha təsdiqləyiblər./axar.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05