Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Füzuli rayon Babı kənd sakini, 1973-cü il təvəllüdlü şəhid Nərimanov Sirac Feyruz oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
Yenicag.az-ın dəfndə iştirak edən əməkdaşı xəbər verir ki, Beyləqan rayonu Peyğəmbər qəbristanlığında aşkarlanmış məzarlıqdan qalıqları tapılan şəhidin ailə üzvlərinin yaşadığı evdə vida mərasimi keçirilib.
1994-cü yanvarın 11-də Füzüli rayonu Əbdülrəhmanlı kəndində itkin düşən şəhidin qalıqları doğulduğu kənddə torpağa tapşırılıb.
Dəfn mərasimində dövlət rəsmiləri, şəhidin yaxınları, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidin ruhuna dualar oxunub, fatihə verilib.
Dəfn mərasimindən fotoları təqdim edirik:
Məsimə
Cəvahir
www.yenicag.az