Aleksandr Sırski vəzifəsindən azad edildi
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski vəzifəsindən azad edilib.
Yenicag.az-ın məlumatına görə, bu barədə Ulkrayna Prezident Vladimir Zelenski bildirib.
“Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Komandanı Mixaylo Drapatı olacaq. Mən Aleksandr Sırskiyə və hər bir döyüşçümüzə Ukraynanın güclü cəbhə mövqelərinə görə minnətdaram. Bu gün Sırski və Andrey Qnatovla xidmətin gələcək formatları və işlərin düzgün təhvil verilməsi barədə danışdıq”, – o deyib.
Xatırladaq ki, iyulun 18-də “Financial Times” Zelenskinin Sırskinin vəzifədən azad edilməsi ehtimalını nəzərdən keçirdiyini yazıb.













