SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum etdi

media-hightechnic-468x90

İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bildirilib ki, ABŞ-nin Küveytdəki “Əli əs-Salim” bazası və Bubiyan adasındakı (Fars körfəzi) taktiki radar kompleksləri məhv edilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

“İslam İnqilabı Keşikçiləri Korpusunun döyüşçüləri “Nəsr-2″ əməliyyatının ikinci mərhələsi çərçivəsində bölgəni düşmən radarlarından təmizləməyə davam edirlər”, – məlumatda bildirilib.

Qeyd olunub ki, bu çərçivədə “Əli əs-Salim” bazası yaxınlığında yerləşən bir erkən xəbərdarlıq kompleksi sıradan çıxarılıb:

“Eləcə də Küveytin Bubiyan adasındakı digər bir radar sistemi məhv edilib”.

Sonda vurğulanıb ki, ABŞ ordusunun İrana hücumları cavabsız qalmayacaq.

Xatırladaq ki, İran ordusu ABŞ-nin İsraildəki yanacaqdolduran təyyarələrinin də hədəf alınacağını istisna etməyib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05