30 manatlıq yardım kimə verilir? – Əlilləri narazı salan tələb LƏĞV EDİLDİ

media-hightechnic-468x90

3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü ilə əlaqədar Sosial Xidmətlər Agentliyi tərəfindən verilən 30 manatlıq maddi yardım, xüsusilə regionlarda yaşayan əlilliyi olan şəxslər üçün narazılıqlara səbəb olub. Yardımın DSMF-nin yerli şöbələrinə şəxsən müraciət edərək, və ya onlayn şəkildə müraciət edərək alınması bəzi şəxslər üçün ciddi çətinliklər yaradıb.

Bölgələrin ucqar kəndlərindən DSMF-nin yerli şöbəsinə gəlmək üçün yol xərci təxminən 15 manata yaxın olur. Bu isə verilən yardımı faktiki olaraq yarıya endirir. Həmçinin, hərəkət imkanları məhdud olan şəxslərin bu məsafəni qət etməsinin çətinliyi nəzərə alınmadığından, məsələ sosial şəbəkələrdə geniş narazılığa səbəb olub.Digər bir tərəfdən isə müraciətlərin həm də onlayn formada qəbul edilməsi, onlayn xidmətlərdən geniş şəkildə istifadə edə bilməyən vətəndaşların böyük bir qismi üçün çətinlik yaradır.

Yenicag.az olaraq məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanladıq. Quruma aid rəsmilərdən Sərvər Abdullayevin verdiyi açıqlamaya görə, 3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü ilə əlaqədar əlilliyi olan vətəndaşlar müraciət üçün Agentliyin yerli filiallarına yaxınlaşa və ya şəxsiyyət vəsiqəsinin surəti və əlilliyi təsdiq edən sənədin əlavə olunduğu ərizələrini Agentliyin [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciətlər növbəlilik qaydasında nəzərdən keçiriləcək.

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa