30 milyardlıq sərəncam
Ərəbistanın yeni kralı Salman ibn Əbdüləziz vəzifəyə gəlməsi münasibəti ilə məmurlara, təqaüdçülərə və tələbələrə ümumilikdə 30 milyard dollar təşkil edən iki aylıq ödəniş verilməsinə dair sərəncam imzalayıb .
Yenicag.az xəbər verir ki, yeni kral bir çox qərarlarda dəyişiklik edib. Kral Salman vəzifədə olan məmurlara 30 min dollar pul mükafatı verib, həbsdə olan xarici ölkə vətəndaşlarının azad edilməsi və onların Ərəbistana girişinin qadağan olunması barədə yeni qərar qəbul edib.
Bundan başqa su və elektrik xidmətinin mükəmmələşdirilməsi üçün 20 milyon dollar, klublarının inkişafı üçün isə 2 milyon dollar vəsait ayırıb.