ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya gözlənilən səfərinə qarşı petisiyanı 300 min nəfər imzalayıb.
Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, petisiya Böyük Britaniya parlamentinin saytında yerləşdirilib.
Advertising 12
Petisiyanın parlament tərəfindən baxılması üçün 100 min imza kifayət edir. Ötən gün Böyük Britaniyanın baş naziri Tereza Mey görüş zamanı D.Trampı kraliça II Yelizavetanın adından Londona səfər etməyə dəvət edib.
Qeyd edək ki, D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.
Yeniçağ.Az
www.yenicag.az