31 mart soyqırımı Ankarada da anıldı

media-hightechnic-468x90

Türk Dünyası Parlament Birliyi 31 Mart Azərbaycanlıların  Soyqırımının 100 illiyi  münasibətilə Türkiyənin paytaxtı Ankara şəhərində mətbuat konfransı təşkil edib.

Birliyin sədri Nail Çələbi erməni daşnaq və bolşevik dəstələrinin son iki əsrdə Azərbaycanda törətdikləri soyqırımdan bəhs edib.

Çələbi, daşnaq-bolşevik birliklərinin 31 martda başlayan və üç gün davam edən soyqırım zamanı başda Bakı olmaqla, onlarla Azərbaycan şəhərində əlli mindən artıq əhalini vəhşicəsinə qətl etdiyini vurğulayıb: “Bu gün Şamaxı, Zəngəzur, Lənkəran, Quba qırğınlarının izlərini görmək mümkündür . Bu insanların günahı nə idi?  Bu insanlar türk olduqları üçün öldürüldü”.

Erməni daşnak zehniyyətinin son olaraq Xocalıda özünü göstərdiyini izah edən Çələbi, Qarabağdakı Azərbaycan torpaqlarının 20 faizinin hələ də erməni işğalı altında olduğunun unudulmamasını istədi: “Erməni -Daşnak zehniyyəti bu gün də işbaşındadır”.

Nail Çələbi, 1918-ci ildə Qafqazda Azərbaycan türklərinin fəryadını eşidən Nuri Paşa əmrindəki Türk Qafqaz İslam Ordusu mənsublarının qardaş yardımına getdiyini söylədi.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600