Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin vəfatının 65-ci ildönümü onun dəfn olunduğu Türkiyənin Ankara şəhərində qeyd olundu.
Yenicag.az ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin paylaşdığı qısa video çarxı təqdim edir.
“Bu dəfə mərasimdə Azərbaycan Kültür Dərnəyi ilə birlikdə M.Ə.Rəsulzadənin Ev Muzeyi İctimai Qrupunun üzvləri iştirak edirdi. Təəssüf ki, adam çox deyildi – amma keyfiyyət heç vaxt kəmiyyətlə ölçülə bilməz!
Fürsətdən istifadə edib başda Cəmil bəy Ünal olmaqla bütün Azərbaycan Kültür Dərnəyi, başda Solmaz xanım Tohidi-Rüstəmova olmaqla bütün M.Ə.Rəsulzadə Ev Muzeyi İctimai Qrupu və qəbri ziyarət edən digər şəxslərə təşəkkür edirəm!
Bilirəm ki, çoxlarınız orda olmaq istərdiniz, buna görə diqqətinizə qısa videoesse təqdim edirəm.
Allah Əmin bəyə və onun qəriblikdə və Vətən həsrəti ilə vəfat edən silahdaşlarına rəhmət eləsin!”
www.yenicag.az