Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib ki, “Nurçular” dini cərəyanın lideri Fətullah Gülənin fəaliyyətinə dair istintaq zamanı onun ABŞ-dan ekstradisiyasını tələb etmək üçün lazımi sənədlər toplanıb.
“Əgər Türkiyənin siyasi arenasına xaricdən təsir göstərmək cəhdi varsa, o zaman bizim birmənalı şəkildə onun qarşısını almaq üçün tədbirlər görməyə haqqımız var”, –
Konya şəhərində jurnalistlərlə görüşən baş nazir bildirib.
Onun sözlərinə görə, Pensilvaniyada yaşayn F.Gülənin və Türkiyədə qanunsuz hakimiyyət dəyişməsinə cəhd arasında əlaqənin olması açıq aşkardır, bunu türk KİV-i bildirir.
“İstənilən halda, biz Türkiyənin özündə hüquqi prosesin başa çatmasını gözləyəcəyik”, – o əlavə edib. (haqqin.az)