!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın Türkiyədəki düşmənlərinə “terrora dəstək” ittihamı – Cinayət işi

!Reklam – Yazi

e64b1034_orginalFətullah Gülən və ortağı Aydın Doğanın PKK Terror təşkilatına media dəstəyi verməsi ciddi müzakirə mövzusudur. Gülən mediasının “Türk ordusu Kandildə sadə vətəndaşları vurdu” xəbəri və seçki dönəmində Doğan-Gülən ittifaqının PKK-nın siyasi qanadına dəstəyi bu qüvvələrlə bağlı növbəti cinayət işinin açılmasına gətirib çıxara bilər.

Belə ki, iqtidara yaxınlığı ilə seçilən yazar İbrahim Karagül “Doğan Media Qrupu”nun rəhbəri Aydın Doğan və “Paralel media”nın haqqında terrora təşviq və terroru yayma maddələri ilə cinayət işinin açılmasını tələb edib.

Karagül Türkiyənin sadəcə xarici düşmənlə deyil, daxildə də terrora dəstək verənlərlə mübarixə apardığını bildirib.

“Bunlar haqqında düşünmək lazımdır. Bütün sərmayəsini etnik millətçilik üzərində qurub. HDP-ni aylarla təbliğ edir, lideri Səlahaddin Demirtaşı bir əfsanəyə çevrilməyə çalışırlar. İstədikləri də olur. Yaydıqları nifrət üzərindən kütləvi qarşıdurmalara yol açır və bu seçkinin nəticələrinə təsir edir. Bu media qrupları PKK-nın qərargahına çevriliblər. Türkiyə ordusunun PKK-nı vurması zamanı da bu media qrupları terrorçuları dəstəkləyir.

Bunları idarə edənlər haqqında terroru təşviq və terroru yayma maddələri ilə cinayət işi açılmalıdır.”

Qeyd edək ki, Doğan və Gülən Media Qrupları Azərbaycana qarşı da mənfi münasibəti ilə tanınır. Bir müddət öncə, hər iki Media Qrupu Türkiyə-Ermənistan sərhədlərinin açılması yönündə təbliğat aparırdı. Gülən mediası türk basqılarında Azərbaycana yaltaqlansa da, “Todays Zaman” qəzetində Azərbaycan əleyhinə yazıları ilə tanınır. Doğan Media Qrupu da Türkiyə hökuməti ilə yanaşı, Azərbaycan hakimiyyətinə də böhtan yazıları ilə tanınır. Ən son Azərbaycan əleyhinə yazan Doğan Media yazarı Tolqa Tanış Gülənə yaxınlığı ilə seçilir və ləqəbi “Pensilvaniya bülbülüdür”.

www.yenicag.az

1255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv