!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülənin “İstək” liseyindən istəyi nədir? 

!Reklam – Yazi

yenicag_istekTürkiyədə “Bank Asya” ilə bağlı yaşananlar Gülən Şəbəkəsinin yeni “Çağ Öyrətim”i olan “İstək” liseyinə də təsirini göstərib. Belə ki, Türkiyədəki seçkiyə qədər mövcud iqtidara qarşı dirəniş yolunu seçən Fətullah Gülən bütün müridlərinə bu təlimatı verib: “Bu son döyüşə hər kəs malı və canı ilə qatılmalıdır. Bu savaşda tərəddüd edən xaindir”. 

Azərbaycandan olan müridlərinin üzərinə düşən vəzifə isə əvvəllər Şəbəkənin Orta Asiya və Afrika qanadına dəstək olmaq idisə, hazırda bütün “himmət” pulları Türkiyəyə göndərilir. Səbəb isə aylardan bəri müəllim, təlimçi və ev imamlarının maaşlarının verilməməsidir. Xalq dəstəyini itirən Gülən Şəbəkəsi heç toxunulmadan “Bank Asya”ya yatırılan illik şagird təhsil haqqlarını da bu işə yönləndirsə də, ciddi iqtisadi krizis yaşamaqdadır. Bankla bağlı məlumatların dövlətin nəzarətinə keçməsindən sonra əli buradan üzülən Gülən, xaricdəki imamları vasitəsilə vəziyyətdən çıxmaq istəyir. Yuxarıda qeyd edilən mesaj da göstərir ki, bir müddət öncə “Bank Asya”ya yardım edilməsini az qala cihad kimi qələmə verən  Gülən indi Türkiyədəki şəbəkəsini ayaqda saxlamaq istəyir.

Yenicag.az-a daxil olan xəbərə görə, “İstək” liseyinin normalda aprel ayında olan “məktəbə qəbul”u önə çəkərək, son tarix olaraq, 15 martı göstərmələri də bununla bağlıdır. Belə ki, ötən il Gülənin Azərbaycan imamı Ənvər Özərənin şagird və tələbələrin pullarını “Bank Asya”ya yatırdığı kimi bu dəfə də “İstək” liseylərinin və “Güvən”li Hazırlıq Mərkəzlərindən yığılan pullar Türkiyəyə göndəriləcək.

Maraqlıdır ki, “Araz” Kurslarının yerində yaradılan “Ulduz” Hazırlıq Mərkəzi də qəbul imtahanını 15 mart tarixində keçirəcək. Təsadüfün beləsi də ancaq Gülənin məktəblərində olur…

Türkiyədən verilən təlimata görə, Azərbaycandakı yerli və türk iş adamları da hərəkətə keçiblər və qardaş ölkəyə, lakin Camaatın büdcəsinə milyonlar axacaq.

“İstək” liseylərinə gəlincə, bu liseylərin Türk Özəl Liseylərinin Bakıda və əyalətlərdə qurulduğuna dair məlumat vermişdik. Qeyd etmişdik ki, formal rəhbər dəyişikliyi edərək, Gülən Şəbəkəsi yenidən liseyləri öz nəzarətinə keçirib. Bunun elanı kimi isə Azərbaycan imamı Ənvər Özərənin baş müşaviri Nazim Əkbərov bu liseylərin də baş müşaviri təyin edilib. Xatırladaq ki, Ənvər Özərənin iki adamından biri Məsut Kurnazdırsa, digəri Nazim Əkbərovdur.

Tez-tez dövlətin kadr potensialının yarısının öz məzunları olduğunu iddia edən Nazim Əkbərov və “İstək”ə təyin olunmadan öncə ABŞ-a səfər edən Anar Məmmədov hazırda ciddi-cəhdlə liseyə şagird toplamaqla məşğuldurlar. Son iki-üç həftədə Azərbaycanı qarış-qarış gəzərək valideynlərlə görüşlər keçirən lisey rəhbərləri şagird cəlb etməyə çalışırlar. 15 marta qədər liseylərin şagird ehtiyacını təmin etməyin səbəbi isə birinci il qəbul olunanların ödənişi nağd ödəməsidir.  Belə ki, ikinci dönəmdən etibarən təhsil haqqı iki dəfəyə ödənə bilsə də, ilk dönəm birdən və qəbul olunan zaman yatırılır.

Onu da qeyd edək ki, Nazim Əkbərov açıq şəkildə öz Facebook səhifəsində “Biz adam yetişdirik. Oğlunuzu bizə verin, əl-ələ verək, onu vətənə, xalqa xeyirli övlad edək” yazıb. Bu sözdə əslində gizli etiraf var. Çünki biz də iddia edirik ki, Gülən adam yetişdirir, lakin vətəninə, millətinə deyil, Gülənə bağlı adamlar. Dövlət içərisinə sızdırmaq üçün adamlar. Həm də nə üçün “oğlan”? Məsələ adamların anti-feminist olduqları deyil, sadəcə qadın üzərinə heç vaxt plan qurmadıqlarından və oğlanın qadından daha çox yüksəlmə ehtimalı olduğundan qızlara deyil, oğlanlara üstünlük verilir.

Qısacası, Hocaəfəndidən gələn təlimat Azərbaycanda əksiksiz yerinə yetirilməkdədir…

Yenicag.az

P.S. Qeyd edək ki, “İstək” liseyinin belə tələsik şagird toplaması ilə bağlı başqa bir versiya da var. Belə ki, bu il liseylər bağlandığı zaman Təhsil Nazirliyi qarşısında önə sürülən ən böyük dəlil şagirdlərdən illik ödənişin bir il öncədən alındığı və bu pulun geri qaytarılmasının mümkünsüzlüyü idi. Bu bəhanə ilə mövqelərini qoruyan fətullahçılar qarşıda yaşana biləcək növbəti “iyun” sindromuna hazırlıq görürlər. Belə ki, mart ayından sentyabra hazırlıq görən lisey rəhbərliyi baş verə biləcək növbəti bağlanma hadisəsinə qarşı bu şəkildə hazır vəziyyətdə olacaq. Bununla da Təhsil Nazirliyindən növbəti ilin, özlərinin dediyi kimi 2015-2016-cı təhsil ilinin planı qurulmaqdadır.

P.P.S. “İstək” liseyi rəsmi sənədlərə görə, bu il yaranıb. Ancaq rəsmi təbliğatında 20 illik təcrübədən, ali məktəblərə qəbul olmalarda yüksək nəticələrdən bəhs edilir. Bunun özü bir daha fətullahçıların yalanını ifşa etməyə yetir. Qeyd edək ki, bu reklam afişası Gülənin azərbaycanlı imamlarından Nazim Əkbərov tərəfindən paylaşılıb.

yenicag_istek3

COP29

www.yenicag.az

2501
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv