Reklam: High Technic
hightechnic

4 nazir vəzifədən getdi

Qambiya hökumətində 4 nazir postunu tərk edib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Qambiyanın maliyyə, ticarət, ətraf mühit və xarici işlər nazirləri vəzifələrini tərk ediblər.

Ölkənin seçkilərdə məğlub olmuş hazırkı prezidenti Camme yanvarın 19-da öz postunu tərk edərək yerini yeni seçilmiş prezident Adam Barrouya verəcək.

Qeyd edək ki, Qambiyada prezident seçkiləri ötən il dekabrın 1-də baş tutub.

Yenicag.az

www.yenicag.az

98