4 nəfəri xilas edən fəhlənin SƏS yazısı

media-hightechnic-468x90

kamran3Binəqədidə yanan binadan 4 ailəni xilas edən fəhlə oğlanı atasının “dəli” adlandırması məsələ barədə müzakirələri qızışdırıb. Sosial şəbəkələrdə qəhrəman kimi təqdim edən xilaskarın indi əqli çatışmazlığı olan şəxs kimi qələmə verilməsi birmənalı qarşılanmayıb.

Atasının Kamranın yalan danışdığını iddia etməsi və bunun doğru və ya yalan olmasını araşdırmadan bəzi mətbuat orqanları tərəfindən həqiqət kimi cəmiyyətə çatırılması maraq doğurur. Kamranın ilk açıqlamasını yayan mətbuat orqanı olaraq bəzi məsələləri oxucuların diqqətinə çatdırmağı özümüzə borc bildik.

Əvvəla Kamran Babayev məsələsi ilə bağlı açıqlama xəbər saytlarında yayımlansa da, sözügedən şəxs ATV telekanalının reytinqli verilişlərindən birində milyonlar qarşısına çıxaraq bu hadisədən danışıb.

Necə oldu ki, Kamranın qonaq olduğu verilişdə ekspertlər, verilişin aparıcısı Zaur Baxşəliyev, eləcə də digər şəxslər onun dəli olduğunu müşahidə etmədilər? Həmin verilişə baxanlar onun əqli qüsurunu kəşf etmədilər?

Amma Kamranın atasının APA TV-yə müsahibəsində onun yalan danışdığı aydın görünür. Amma biz fərziyyə irəli sürməkdən uzağıq -bir neçə dəlillərimiz də var. Əvvəla, Kamranın atası APA-ya müsahibəsindən bir gün əvvəl AzNews.az-ın əməkdaşı ilə telefonla danışıb. O, Kamranla danışmaq istəyən əməkdaşımıza oğlunun yatdığını söyləsə də, bir neçə saniyə sonra bəlli olub ki, Kamran oyaqdır. Sadəcə atası Kamranı mediadan uzaq tutmağa çalışdığı üçün belə bir yalan uydurub. Kamranın atası oğlu ilə bağlı geniş danışıb, onun səhhəti, müalicəsiylə bağlı məlumatlar verib, hətta oğlunun qəhrəmanlığndan qürurlandığını da ifadə edib. Lakin ata əməkdaşımıza oğlunun əqli çatışmazlığının olması ilə bağlı heç bir şey söyləməyib. Bir az sonra Kamranla danışmağa nail olan əməkdaşımız onun səhhətinin son vəziyyəti ilə bağlı məlumatlar alıb.

Bundan əlavə, Kamranın hadisə yerində olması, binaya daxil olmasını götənlər var. Məsələn, onun şəkillərini yayan fotoqraf Ehtiram Cəbi AzNews.az-a açıqlamasında deyib ki, şəkli hadisədən bir gün sonra hadisə yerində çəkib. Kamranın ona danışdıqları ilə AzNews.az-a müsahibəsi eynilik təşkil edir. Hadisə şahidləri də Facebook-da Kamranı hadisə yerində gördüklərini və oarada kömək edtiyini yazıblar.

Belə olduğu halda atasının fikrini dəyişməsi, oğlunun dəli olması ilə bağlı fikirlər səsləndirməsi ortaya bir neçə sual çıxarır. AzNews.az-ın əldə etdiyi məlumata görə atasının bu cür açıqlama verməsi ona oğlunun istintaqa çağırılması ilə bağlı xəbərdarlıqdan sonra baş verib. Məlum olduğu kimi hadisəylə bağlı bina sakinləriylə yanaşı hadisə şahidləri və aidiyyəiı qurumların əməkdaşları dindirilir. Kamranın açıqlamasında binada baş verən hadisələrlə bağlı bir çox məqamlar (oğlanın özünü binadan atması kimi – red) istintaq üçün maraqlı ola bilərdi. Görünür, Kamranın atası oğlunun dindirilməsindən narahat olub və onu məsuliyyətdən yayındırmaq üçün belə bir addım atıb.
Əlbəttə, başqa versiyalar da var, lakin hələlik onlatı tirajlamaq istəmirik.

İndiliksə, APA TV-nin yaydığı müsahibədən sonra yayımladığımız materialla bağlı oxucularımız tərəfindən bir çox suallar yarandığı üçün Kamran Babayevlə əməkdaşımızın söhbətinin səsyazısını olduğu kmi təqdim edirik.

https://soundcloud.com/nigar-etibar/kamran-babayevin-aznewsaz-a-musahibsi

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600