45 yaşlı kişi kəsdiyi ağacın altında qaldı

media-hightechnic-468x90

Şəkidə 45 yaşlı kişi kəsdiyi ağacın altında qalıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, günorta saatlarında rayonun Kiş kənd sakini Salman Lətifov sol qolun bazu sümüyünün sınığı diaqnozu ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

S.Lətifov müayinə edildikdən sonra məlum olub ki, onun qolu kəsdiyi ağacın altında qalıb. Həkimlər zərərçəkənin sol qolunu amputasiya ediblər. Yaralı müalicəsini Reanimasiya şöbəsində davam etdirir.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis şöbəsində araşdırma aparılır.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600