"İran Amerikanın 85 hərbi obyektini hədəf seçib!" – Müharibə yenidən başladı

media-hightechnic-468x90

“Üçüncü müharibə başlayır”.

media-banner_tkm

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.

media-images-99

Politoloq ABŞ lideri Donald Trampın atəşkəsin bitməsi haqqında Ankarada verdiyi açıqlamanı dəyərləndirib:

“Atəşkəs anlaşması ilə bağlı fikirlər səsləndiriləndə gedişatdan bəlli idi ki, bu atəşkəs çox kövrək atəşkəsdir. Amerika-İsrail ittifaqı ilə İran arasında müharibənin üçüncü raundu qalır. Hələ nəticələr nə İran tərəfini, nə də qarşı tərəfi qane etmir. Yeni qarşıdurmanın olacağı da heç kim üçün sirr deyil. İran artıq Amerikanın 85 hərbi infrastrukturunu hədəfə almağı bacarıb. Bu o deməkdir ki, qarşıdurma yenidən başlayıb. Trampın “mənim üçün atəşkəs bitdi” açıqlaması da buna işarədir ki, Tramp birbaşa yeni müharibənin anonsunu vermiş olur. SEPAH-ın körfəz ölkələrinə etdiyi hücumlar mahiyyət etibarilə yeni və daha genişmiqyaslı qarşıdurmanın olma ehtimalını artırmaqdadır.”

Politoloq qeyd edib ki, İran nəticələri onlar üçün ağır da olsa, ABŞ-İsrail ittifaqı üzərində tam qələbə qazanana qədər dirənməyə çalışacaq:

“İran bu müharibəyə dözə biləcəkmi? Yeni müharibəyə gücü çatacaqmı? Bu, ayrı müzakirə mövzusudur. Hazırda görünən odur ki, tərəflər son müharibədən razı deyil və İran tərəfi özünün qələbəsini daha da möhkəmləndirmək, Amerika-İsrail ittifaqını tamamilə sıradan çıxarmaq istəyir. Böyük ehtimalla İran bundan sonra bu plan üzərində çalışaraq üçüncü müharibəyə başlaya bilər.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05