Günəşdə yenidən güclü partlayış qeydə alınıb

media-hightechnic-468x90

İyulun 9-da səhər saatlarında Günəşdə güclə sondan əvvəlki sinfə – M sinfinə aid partlayış qeydə alınıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan bildirilib.

“İyulun 9-da Moskva vaxtı ilə saat 05:27-də (Bakı vaxtı ilə saat 06:27) rentgen diapazonunda 12 dəqiqə davam edən M1.1 sinifli partlayış qeydə alınıb”.

Həmçinin qeyd edilib ki, iyulun 8-də çərşənbə günü daha bir şiddətli – M1.5 dərəcəli partlayış faktı da təsdiqini tapıb.

Daha əvvəl Rusiya Elmlər Akademiyasının (REA) Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasında və REA Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunda bildirilmişdi ki, 2026-cı ildə müşahidə olunan ən güclü aktivlik sıçrayışlarından biri – iyunun sonundan iyulun əvvəlinə qədər davam edən sıçrayış – iki ən böyük aktiv sahənin – 4478 və 4479-un Günəşin əks tərəfinə keçməsindən sonra başa çatıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05