46 milyard dollarlıq layihə
Çin Prezidenti Xi Jinpinqin bu gün Pakistana səfəri başlayır.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, ikigünlük səfərin məqsədi iqtisadi əlaqələri gücləndirməkdir. İslamabadda hər iki ölkənin dövlət başçısı dəyəri 46 milyard dollar olan infrastruktur və enerji layihəsinin açılışına qatılacaqlar.
Pakistanın Baş naziri Navaz Şərif ilə nəzərdə tutulan görüşdə Əfqanıstanla Çini narahat edən mühüm məsələni də müzakirə olunacaq. Bu iki ölkə Sincandakı müsəlman separatçıların Pakistan silahlıları ilə birləşməsindən qorxur.
Səfər ərəfəsində X.Jinpinq Pakistan mətbuatına deyib ki, iqtisadi əməkdaşlıq təhlükəsizliyimizlə bağlıdır. Təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün Çinlə Pakistan əməkdaşlığı gücləndirməlidir.
Xatırladaq ki, Pekin və İslamabad Pakistan-Çin İqtisadi Dəhlizi yaratmaq istəyir. Bu dəhliz Pakistanın Ərəb dənizi sahilindəki cənubi Qvadar limanını Çinin qərbindəki Sincan vilayəti ilə birləşdirəcək. Dəhliz Pakistanın yoxsul Baluçistan vilayətindən keçəcək. Həmin ərazidə separatçı silahlılar, cinayətkar dəstələr üstünlük təşkil edir.