490 milyon dollarlq layihə

media-hightechnic-468x90

lllAzərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Bakı-Tbilisi-Qars (BTQ) yeni dəmiryolu xəttinin yaradılması layihəsini maliyyələşdirməyə başlamasından etibarən 489 milyon dollar (2014-cü il iyunun 30-na) ayrılıb. Bu barədə Trend ARDNF-yə istinadən məlumat verir.

Azərbaycan və Gürcüstan arasında imzalanmış sazişə uyğun olaraq vəsaitlər Azərbaycan Beynəlxalq Bankı vasitəsilə “Marabda-Kartsaxi Dəmiryolu” MMC-yə köçürülüb. MMC Marabda-Türkiyə sərhədi dəmiryolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin layihələndirilməsi, tikintisi, bərpası, yenidən qurulması və istismarı məqsədilə yaradılıb.

Məlumata görə, 2014-cü ilin I yarısında layihənin reallaşdırılmasına Fond tərəfindən 24,9 milyon dollar ayrılıb.

Qeyd edək ki, BTQ dəmiryolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600