5 uşaqlı evdə baş verən yanğın faciəyə səbəb olub.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin İsparta şəhərində baş verib. Yanğın zamanı evdə 5 uşaq olub, onların anaları bazarda, ataları isə işdə olub. Qonşular yanğınsöndürənləri və təcili yardımı hadisə yerinə çağırıblar. Xəstəxanaya aparılan uşaqlardan 2-si həyatını itirib, digər 3-ü isə müxtəlif bədən xəsarətləri alıblar.
Qeyd edək ki, uşaqların valideynləri arasında rəsmi nikahın olmadığı bildirilib.
www.yenicag.az