İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 4 obyekt, 47 nəqliyyat vasitəsi və 24,5 ton metal çiv satılıb.
Əmlak Məsələləri Dövlət Xidmətindən Yenicag.az-a bildirilib ki, özəlləşdirilən obyektlər Gəncə şəhərində, İmişli və Saatlı rayonlarında yerləşir.
Gəncə şəhərində yerləşən, ilkin qiyməti 47 min 500 manat olan “Beton və məhlul istehsal edən sahə”yə təklif 3 dəfə artaraq 148 min manat olub. Bu obyektin ümumi faydalı sahəsi 383 kvadratmetr, torpaq sahəsi isə 3700 kvadratmetrdir.
İlkin qiyməti 5000 manat olan 24,5 ton metal çiv isə keçirilən hərracda 13 min 600 manata satılıb.
Bundan başqa, hərracda satılan nəqliyyat vasitələri daha çox Avropa və Yaponiya istehsalıdır.
www.yenicag.az