52 yaşlı kişi meyiti tapıldı - Prokurorluq araşdırmaya başladı

media-hightechnic-468x90

Abşeron rayonunda evdə meyit tapılıb.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsi, Afiq Abdullayev küçəsi nömrəsiz evdə baş verib. Həmin evdə yaşayan 1968-ci il təvəllüdlü Əsədullayev Səməd Yəhya oğlunun meyiti aşkar edilib.

Belə ki, meyiti evdəki otaqların birindən onun oğlu Əliağa Əsədullayev tapıb.

S.Əsədullayevin hansı səbəbdən öldüyü məlum deyil. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır./Trend/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600