54 ildən sonra Aya uçuş həyata keçirilir - FOTOLAR

media-hightechnic-468x90

NASA “Artemis II” kosmik missiyası çərçivəsində 54 ildən sonra Aya ilk insanlı uçuşu həyata keçirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Məlumatda bildirilir ki, Florida ştatındakı “Kennedy Space Center” kosmodromundan buraxılan “Orion” kosmik gəmisi uğurla orbitə çıxıb. Dörd nəfərlik ekipaj – Rid Vayzman, Viktor Qlover, Kristina Kox və Ceremi Hansen – təxminən 10 gün davam edəcək missiya çərçivəsində Ay ətrafında dövrə vuracaq, sistemləri sınaqdan keçirəcək və gələcək eniş üçün potensial bölgələri araşdıracaq.

Qeyd edək ki, “Artemis II” həm də tarixi əhəmiyyət daşıyır. Çünki Kristina Kox bu missiya ilə dərin kosmosa uçan ilk qadın kimi tarixə düşəcək.

Missiya zamanı astronavtlar Ay səthinə eniş etməyəcək. Bu uçuş, 2028-ci ilə planlaşdırılan və Aya enişi nəzərdə tutan “Artemis III” proqramı üçün hazırlıq mərhələsi hesab olunur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05