!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə və Azərbaycanın parlament seçkilərində Gülən təhlükə – Plan açıqlandı

!Reklam – Yazi

Türkiyə üçün 7 aprelin böyük önəmi var. Belə ki, 7 iyun seçkiləri üçün partiyalar son və təsdiqlənmiş siyahılarını 7 apreldə Yüksək Seçki Qurumuna təqdim edəcəklər. Digər partiyalardan fərqli olaraq, hakim AKP-nin ən böyük problemi Gülən Şəbəkəsinin partiya siyahılarına sızmasıdır.

Bu barədə danışan AKP-nin önəmli isimlərindən biri onlarda olan “Camaatın seçki planı” barədə bunları söyləyib: “Paralel Şəbəkənin AKP-dən 8-10, CXP və MHP-nin hər birindən ayrı-ayrılıqda 3-5 namizədin yüzdəyüz parlamentə düşməsi üçün çalışdıqları məlumdur. Yəni, bu rəqəmlər Camaatın minimum hədəfləridir. Əlbəttə daha çox mandat üçün əllərindən gələni edəcəklər. Planın ikinci mərhələsində isə seçkidən sonra həmin millət vəkillərinin partiyalardan ayrılıb, Məclisdə ayrı qrup qurmaq var”.

Həmin idarəçinin sözlərinə görə, namizədlər ciddi araşdırılır, ancaq əsl yoxlama namizəd sayı 1500-ə endirildikdən sonra başlanacaq. Hələlik araşdırmanın partiyanın öz imkan və qaynaqları ilə aparılacağı, lakin lazım gələrsə, MİT və polisdən də yardım istəniləcəyi bildirilir.

Qeyd edək ki, eyni durum Azərbaycanda da davam etməkdədir. Gülən Şəbəkəsi bu zamana qədər olduğu kimi iqtidar namizədlərinin seçilməsi daha asan olduğundan Türkiyədə AKP-dən, Azərbaycanda da YAP-dan və iqtidaryönlü “müstəqil” kvotadan bəhrələnmək istəyir. Həm Türkiyədə, həm də Azərbaycanda hamının tanıdığı fətullahçılarla yanaşı kripto gülənistlər deyilən şəxslər üzərində işlənilir. Tanınan və deşifrə olunmuş namizədlərdən daha çox gizli namizədlərdən diqqəti yayındırmaq üçün istifadə olunacaq.

Kripto gülənistlər daha çox yüksək vəzifəli şəxslərin qohumları, xüsusilə oğulları və kürəkənləri arasından seçiləcək. Təbii ki, Türkiyədə bütün namizədlər Mustafa Özcan ve Naci Tosunun, Azərbaycanda isə Ənvər Özərən-Məsud Kurnaz-Elnur AslanovUn münsifliyi ilə…

Mövzu diqqətimizdədir.

 

COP29

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv