Türkiyədə fevralın 6-sı baş verən dəhşətli zəlzələdən sonra axtarış-xilasetmə işləri davam etdirilir.
Yenicag.az xəbər verir ki, dağıntılar altından çıxarılanlar arasında çox sayda azyaşlı və körpələr var. Onların bir çoxu hadisədən 50 saat keçəndən sonra xilas edilib.
Sözügedən uşaqlardan biri də Qəhrəmanmaraşda 1 yaş 5 aylıq Masal adlı qızcığaz olub. O, 56 saat sonra dağıntılar altından çıxarılıb. Xilasedicilər Masal aşkar olunarkən hamilə anası ona süd verirmiş. Qadın bununla körpəsini xilas etməyə çalışıb. Hazırda ananın da xilas edilməsi üzrə işlər davam etdirilir və vəziyyəti yaxşıdır.
www.yenicag.az