Türkiyədə seçkilər yaxınlaşdıqca, partiyalararası ittihamlar da kəskinləşir. Seçki öncəsi aktivləşənlərdən biri də Pensilvaniyada yaşayan Paralel Dövlət Şəbəkəsinin baş imamı, məhkəmə tərəfindən Fətullahçı Terror Örgütü lideri elan olunan Fətullah Güləndir.
Gülən son çıxışında Ərdoğan və AKP əleyhinə ittihamlar səsləndirib. “Çox yaxın gələcəkdə saman çöpü kimi saga-sola sovrulduqlarını gördüyünüzdə o Qarunun sərvətinin həsrətini çəkənlər öz hallarına şükür edəcək” deyərək, yaxında iqtidarın dağılacağını bildirib.
Gülən müxalifətin tənqid etdiyi yeni Ağ Sarayı da yaddan çıxarmayan Gülən “O dəbdəbəyə, o ehtişama baxıb, bir şey olduğunu zənn etməyin. Çox yaxın gələcəkdə saman çöpü kimi saga-sola sovrulacaqlar”.
Qeyd edək ki, vaxtilə sadəcə iqtidardakı partiyaları dəstəkləyən Gülən gücləndikdən və dövlət içində mühüm postları ələ keçirdikdən sonra dövləti tamamilə ələ keçirmək üçün təşkil etdiyi çevriliş cəhdi deşifrə olandan sonrakı seçimlərdə AKP-yə qarşı bəddua seansları təşkil edir.
Camaatı arasındakı görüş də Ərdoğanın tezliklə xəstəlikdən həyatını itirəcəyi və AKP-nin yenidən onlarla ittifaqa geri dönəcəyi ilə bağlıdır. Bu fikrin Pensilvaniyadan bəsləndiyi də sir deyil.
Yenicag.az
www.yenicag.az