600 dəfə nəfəsi kəsildi…

media-hightechnic-468x90

kkkkYenicag.Az xəbər verir ki, ABŞ-ın Arizona əyalətində iki cinayətdə günahlandırılan məhkum Cozef Woodun zəhərli iynəylə edamı təxminən iki saat davam etdi.

Məhkumun vəkilləri, müvekkillerinin edam əsnasında ‘bir saatdan çox tənəffüs çatışmazlığı yaşadığı’ səbəbiylə edamın təxirə salınmasını tələb etdilər, lakin Arizona valisi Jan Brewer, məhkumun ‘qanunlara uyğun şəkildə edam edildiyini’ ifadə edərək, araşdırma aparılmasını tələb etdi.

Valinin dediyinə görə, “Tibbi araşdırmalar onu göstərir ki, Wood acı çəkmədi. Bu, Woodun qurbanlarına yaşatdığı dəhşət verici qorxunc ağrılar və qurbanların ailələrinin ömür boyu yaşadığı ağrıyla müqayisə edilə bilməz”.

600 dəfə nəfəsi kəsildi amma…

Woodun vəkilləri isə, edamın 10 dəqiqə davam etməsi lazım olduğunu söyləyərək , 55 yaşındakı müvəkkillerinin ölmədən əvvəl təxminən 600 dəfə nəfəsinin kəsildiyini ifadə etdilər.
Wood, 1989-cu ildə ayrıldığı sevgilisi Debra Dietzi və onun atası Eugene Dietzi öldürməkdə günahlanırılırdı.

Richard Brown, “Bu adam qorxunc cinayətlər törədib, siz isə ‘dərmanları araşdırırsınız’. Niyə tək bir güllə ilə öldürmədilər ki?” dedi.

Woodun vəkilləri edamnan əvvəl istifadə ediləcək zəhərli iynədəki dərmanların firmalarının açıqlanmasını tələb edirdilər.

Lakin ABŞ-ın Ali Məhkəməsi edamın reallaşmasına qərar verdi.

Qeyd edək ki, səlahiyyətlilər istehsalçı firmanın adını da açıqlamadı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600