63 müəssisənin sahibi inzibati qaydada cərimələnib

media-hightechnic-468x90

sehiyye-nazirliyi-yenibina-flashBu ilin mart ayında sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 63 müəssisənin sahibi inzibati qaydada cərimələnib.

Yenicag.az azadinform-a istinadən xəbər verir ki, 7 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 16 nəfər işdən müvəqqəti kənarlaşdırılıb, 2 iş istintaqa göndərilib.
Ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 216 yeyinti məhsulundan nümunə götürülüb və 2 qeyri-kafi nəticə əldə olunub. Mikrobioloji məhsullardan götürülən 229 nümunədən isə qeyri-kafi nəticə yoxdur.
Ötən ay ərzində şadlıq evlərindən 1347 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 15 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600