64 yaşlı kişi özünü xəstəxananın 3-cü mərtəbəsindən atdı

media-hightechnic-468x90

170377_res_01Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə intihar hadisəsi baş verib.

“Report”un xəbərinə görə, 64 yaşlı Yuriy Protopov özünü xəstəxananın Cərrahiyyə şöbəsinin yerləşdiyi 3-cü mərtəbənin pəncərəsindən yerə ataraq intihar edib.

Faktı sayta təsdiqləyən mərkəzin direktor müavini Adil Salahov deyib ki, intihar edən şəxs bir ay əvvəl səhiyyə müəssisəsində müalicə alıb: “Lakin Yuriy Protopovun intiharının bizimlə heç bir əlaqəsi yoxdur. O, mərkəzdə həzm sistemindəki problemlə bağlı müalicə alıb və noyabrın 2-də evə buraxılıb”.

Onun meyiti morqa təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa